Asiya İnkişaf Bankı Azərbaycana 1 milyard dollar kredit ayırır

Asiya İnkişaf Bankı Azərbaycana 1 milyard dollar kredit ayırır
15 Noyabr 2016
Mətni dəyiş
Asiya İnkişaf Bankının Azərbaycana verəcəyi 1 mlrd. dollar həcmində kredit tezliklə təsdiq oluna bilər.
Bu sözləri bu gün Bakıda keçirdiyi mətbuat konfransında ADB-nin vitse-prezidenti Vençay Zanq deyib.
Onun sözlərinə görə, hal-hazırda bankın Direktorlar Şurası tərəfindən layihəyə baxılır:
"Şahdəniz layihəsinə bu qiymət təklif edilərkən biz ətraflı araşdırma aparmışıq. Ümid edirik ki, Şura krediti təsdiqləyəcək. Şura tərəfindən ratifikasiyanın noyabrın sonu - dekabrın əvvəlində gerçəkləşdirilməsi gözlənilir. Biz bunu səbirsizliklə gözləyirik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun