ABŞ-da dünyanın ən böyük 4-cü neft yatağı kəşf edilib

ABŞ-da dünyanın ən böyük 4-cü neft yatağı kəşf edilib
17 Noyabr 2016
Mətni dəyiş
Dünyanın ən böyük 4-cü neft yatağı ABŞ-da aşkar olunub.
Bu barədə ABŞ-ın Geoloji Araşdırma (U.S. Geological Survey) xidmətindən edilən şərhdə deyilir. Bildirilir ki, Texas ştatının qərbindəki “Permain” hövzəsindəki “Wolfcamp” adlı yataqda təxminən 20 milyard barrel xam neft olduğu proqnozlaşdırılır.
Bununla da Səudiyyə Ərəbistanındakı 75 milyard barrel ehtiyatı qalan “Ghawar”, Küveytdəki 65-70 milyard barrel ehtiyatı olan “Burgan” və Səudiyyə Ərəbistanındakı 50 milyard barrel ehtiyatı olan “Safaniya” yataqlarından sonra yeni kəşf edilən “Wolfcamp” yatağı ehtiyatına görə dünyanın ən böyük 4-cü neft yatağı olub.
“Wolfcamp” ABŞ-ın ən böyük xam neft yatağı hesab olunur və burada təxminən 450 milyard kubmetr təbii qaz ehtiyatının olduğu təxmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun