2017-ci ilin büdcə zərfi dekabrda müzakirəyə çıxarılacaq

2017-ci ilin büdcə zərfi dekabrda müzakirəyə çıxarılacaq
15 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsi zərfinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix bəlli olub.
Parlamentdən verilən məlumata görə, büdcə zərfi gələn həftə komitələrin birgə iclaslarında müzakirəyə çıxarılacaq.
Dekabrın 6, 7 və 8-i isə Milli Məclisin plenar iclaslarında büdcə zərfi müzakirə olunacaq.
Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun