ƏSA teatrı ilk tamaşasını göstərib [Video]

ƏSA teatrı ilk tamaşasını göstərib [Video]
22 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanlı gənclər fərqli bir layihəyə imza atıb. Belə ki, gənclər birləşərək Azərbaycanda ilk dəfə olaraq fiziki məhdudiyyəti olan insanlardan ibarət ƏSA teatrını yaradıb.
Noyabrın 20-də ƏSA teatrı "Dumb" adlı ilk tamaşasını göstərib. Psixo-dram janrında qurulan tamaşada bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edilir.
Həyatını aldığı xəsarətdən qurtulmağa həsr edən və yanlış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən qəhrəman bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür.
Tamaşadakı rolları Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edib.
ƏSA teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə tamaşa bitəndən sonra Amerikanın Səsinə qısa müsahibə verib.
O, müsahibəsində hazırladıqları tamaşa vasitəsilə cəmiyyətə vermək istədiyi mesajdan bəhs edib. Tamaşanı izləyənlər arasında bir çox teatr xadimləri də var idi.
Aktyor İlqar Cahangir "ƏSA" teatrının ilk tamaşası haqqında fikilərini bölüşərək, bu layihəyə dəstək verdiyini deyib.
Tamaşanı izləyən tamaşaçılar da öz təəssüratlarını Amerikanın Səsinə bölüşərək, yeni layihə haqda müsbət fikirlərini bildiriblər.
[embed]https://youtu.be/en4bcEwcEe4[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun