Əbdül Əbilov kimdir? [Həbsindən 3 il keçir]

Əbdül Əbilov kimdir? [Həbsindən 3 il keçir]
22 Noyabr 2016
Mətni dəyiş
Bu gün N!DA Vətəndaş Hərəkatının üzvü, vicdan məhbusu Əbdül Əbilovun şərlənərək həbs edilməsindən 3 il ötür.
Əbdül Əbdülmənaf oğlu Əbilov 17 dekabr 1982-ci ildə Masallı rayonunda anadan olub. Orta təhsilini Masallı şəhər 3 sayı məktəbində alıb. Hərbi xidmətini Azərbaycan Respublikasının Dazili İşlər Nazirliyinin Daxili Qoşunlarında edib.
Bloqqer həbs olunana qədər Facebook-da "Yaltaqlara dur deyək" səhifəsinin admini olub. Ə.Əbilov 22 noyabr 2013-cü ildə DİN BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb. Nərimanov Məhkəməsi noyabrın 23-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçsə də, onu qanunsuz olaraq 3 gün DİN BMCMİ-də saxlayıblar. Onu noyabrın 27-də Bakı İstintaq Təcridxanasına köçürüblər.
Yaxınlarının verdiyi bilgiyə görə, onu yaşadığı mənzildə həbs ediblər. DİN BMCMİ-nin mənzildə axtarış aparan əməkdaşları Ə.Əbilovun cibinə narkotik maddə “atıblar”. Axtarış aparanlar özləri də Ə.Əbilovun saxlanılmasının əslində onun facebook-dakı fəallığı ilə bağlı olduğunu ifadə ediblər, ona məxsus olan noutbook-u özləri ilə aparıblar.
Ə.Əbilov DİN BMCMİ-yə aparıldıqdan sonra “Yaltaqlara dur deyək” səhifəsi də qapadılıb. Ə.Əbilovun təzyiqlərə məruz qaldığını deyən yaxınları narkotik maddə ittihamını rədd edir, onun sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə həbs olunduğunu bəyan ediblər.
Bloqqer həbsindən sonra Nida Vətəndaş Hərəkatına qoşulub. Beynəlxalq Amnistiya Təşkilatı Əbdül Əbilovu"vicdan məhbusu" kimi tanıyıb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun