4 Oktyabr 2016
Mətni dəyiş
"Zaminbank" ASC müflis elan olunub.
Bu haqda mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) rəhbəri Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, bu, bankın "Başak İnam" sığorta şirkətində yerləşdirilmiş aktivlərinin satışına təsir göstərəcək.
"Zaminbank" "Başak İnam" sığorta şirkətində səhmlərin 24 faizinə sahibdir.
A.Cavadov bildirib: "Zaminbank"ın aktivlərinin qiymətləndirilməsini başa çatdırdıq və onun müflis elan edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq".