Yükdaşımada azalma müşahidə olunub

Yükdaşımada azalma müşahidə olunub
10 Oktyabr 2016
Mətni dəyiş
Neftin qiymətinin düşməsindən sonra Azərbaycan hökumətinin böyük gəlir gözlədiyi sahələrdən biri də tranzit idi.
Uzun illər hökumətin laqeyd yanaşdığı Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə tranzit layihələrinə diqqət artırıldı. Tranzit yükdaşıma taarifləri azaldıldı, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da yaradıldı. Ancaq bunların da faydası olmadı.
Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, 2016-cı ilin yanvar-avqust aylarında 2015-ci ilin uyğun dövrü ilə müqayisədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə daşınmış yüklərin həcmində 6.6 faiz azalma müşahidə edilib.
Prezident İlham Əliyev bu ilin yanvarında «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə danışarkən demişdi:
"Yəni, bütün bu imkanları biz yaratmışıq. Əgər biz bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün «Cənub» Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun