Vergi borcuna görə ölkədən çıxışı qadağan edilənlərin sayı 942-yə çatıb

Vergi borcuna görə ölkədən çıxışı qadağan edilənlərin sayı 942-yə çatıb
10 Oktyabr 2016
Mətni dəyiş
Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına növbəti dəfə dəyişiklik edib.
Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artaraq 569-a çatıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 2 nəfər artıb və hazırda 373 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 935-dən 942-ə çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun