29 Oktyabr 2016
Mətni dəyiş
“Müsəlman Birliyi” Hərəkatının sədri, Taleh Bağırov həbsxanadan 10 il iş kəsilən gənc fəal Qiyas İbrahimovun anasına məktub yazıb.
T. Bağırov yazır:
“Salam. Sizə bu məktubu cəsur oğlunuz Qiyasa çox yaxın bir məkandan yazıram. Hətta bu sətirlərdən oğlunuz Qiyasın ətrini belə duya bilərsiniz. Çünki bu sətirlərə oğlunuzun da məhkum edildiyi soyuq zindan divarlarının sızıltısı, əsarətə qarşı azadlıq eşqi, cəsur insanların cəsarətinin ruhu hopub...”
Məktubda daha sonra mərhum şair Xəlil Rza Ulutürkün “Azadlıq istəmirəm, zərrə-zərrə, qram-qram” şerindən bir parçalar təqdim edilir.
Taleh Bağırov yazır ki, Qiyas İbrahimova verilən 10 il həbs cəzasını xalq cəza kimi deyil, qəhrəmanlıq medalı kimi dəyərləndirəcək:
"Siz artıq qəhrəman bir oğul anasısınız. Sizinlə və böyütdüyünüz o qəhrəman oğlunuzla qürur duyuruq. Sizin timsalınızda övlad ayrılığından göz yaşı tökən bütün analarımıza Allahdan can sağlığı, uzun ömür, dünya və axirətdə səadətə qovuşmağı təmənna edirəm…"