“Rosneft” STAR zavoduna neft məhsulları tədarük edəcək

“Rosneft” STAR zavoduna neft məhsulları tədarük edəcək
11 Oktyabr 2016
Mətni dəyiş
İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi çərçivəsində “SOCAR Turkey Enerji A.Ş.” Rusiyanın “Rosneft” şirkəti ilə saziş imzalayıb.
“Rosneft”in yaydığı məlumata görə, sazişə əsasən Rusiya şirkətinin istehsal etdiyi məhsullar “SOCAR Turkey Enerji” tərəfindən inşa olunan STAR neft emalı zavoduna tədarük olunacaq.
İzmirin Aliağa rayonunda yerləşən 2.700 hektarlıq ərazidə inşa edilən zavodda əsasən neft və digər xammalların tədarükü gözlənilir.
Tərəflər sözügedən məhsulların həcmini və nomenklaturasını, habelə tədarük vaxtını müəyyən etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun