10 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da baş tutan referendumun yekun nəticələri sabah açıqlanacaq.
Oktyabrn 11-də Mərkəzi Seçki Komissiyası (MSK) referenduma yekun vuracaq və nəticələri rəsmi bildiriş formasında elan edəcək.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu prosedur səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə yekunlaşmalıdır.
Xatırladaq ki, ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktı layihəsi 29 hissədən ibarət olub.