“Qəbələ”də 2 yeni futbolçu

“Qəbələ”də 2 yeni futbolçu
8 Oktyabr 2016
Mətni dəyiş
“Qəbələ” premyer-liqanın növbəti matçı üçün hazırlıqlara başlayıb.
Oktyabrın 2-də keçirilən “Qarabağ”la ev oyunundan sonra 4 günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda yenidən birlikdə olublar.
Günün ikinci yarısında baş tutan məşq prosesi fiziki hazırlıqdan ibarət olub. Məşqdə yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib.
Baş məşqçi Roman Qriqorçuk məşqlərə əvəzedici heyətin iki futbolçusunu da cəlb edib. Belə ki, 19 yaşlı yarımmüdafiəçi Tural Məmmərzayev və 18 yaşlı müdafiəçi Xəyal Əmirli də əsas komanda ilə məşq edib.
“Qırmızı-qaralar” növbəti məşqini sabah reallaşdıracaq. Komanda meydanda toplu çalışmalarla məşq edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun