Prezident: "Cənub Qaz Dəhlizi layihəsinə gələcəkdə daha bir neçə ölkə qoşula bilər"

Prezident: "Cənub Qaz Dəhlizi layihəsinə gələcəkdə daha bir neçə ölkə qoşula bilər"
10 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxış edib.
Prezident əvvəlcə Şahdəniz yatağı ilə bağlı fikirlərini səsləndirib:
“Şahdəniz” yatağının işlənməsi 4 mühüm layihədən biridir. Bu layihələr enerji təhlükəsizliyi üçün çox önəmli layihələrdir".
İ.Əliyevin sözlərinə görə, Cənub Qaz Dəhlizi (SGC) icrasında 7 ölkə birləşib: “Gələcəkdə daha bir neçə ölkə bu layihəyə qoşula bilər. Müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadiyyatı neft və qaza bağlı idi. Amma indi iqtisadiyyatımızda neft və qaz cəmi 30% təşkil edir”.
Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycanın təbii qaz ehtiyatı 2,6 trln. kubmetrdir:
"Azərbaycanın ən böyük qaz yatağı “Şahdəniz”dir. Azərbaycan qazını dünya bazarına çıxarmaq üçün bir çox şirkətlər çalışdı, amma yenə də liderliyi Azərbaycanla Türkiyə etdi və 2012-ci ildə İstanbulda Trans Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün müqavilə imzalandı. TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir və bu layihənin ümumi dəyəri 45 mlrd. dollardır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun