OPEC-i əvəz edən yeni alyans yaradılır

OPEC-i əvəz edən yeni alyans yaradılır
11 Oktyabr 2016
Mətni dəyiş
Venesuelanın Prezidenti Nikolas Maduro neft hasilatçısı olan ölkələrin yeni alyans yarada biləcəklərini deyib.
İstanbulda (Türkiyə) keçirilən 23-cü Beynəlxalq Energetika Forumunda bildirilib ki, yeni alyansın OPEC-dən daha çox ölkəni əhatə edəcəyi gözlənilir.
Venesuela prezidenti mövzu ilə əlaqədar hasilatçı ölkələrin oktyabrın 12-də toplanacağını bildirib. N.Maduro həmçinin OPEC üzvü olan ölkələrin bu görüş zamanı hasilatı azaltmaq barədə razılığa gələcəklərini gözlədiyini söyləyib.
Qeyd edək ki, bu xəbər "Brent" markalı neftin qiymətini 53 dollar/barelə yüksəldib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun