1 Oktyabr 2016
Mətni dəyiş
NİDA Vətəndaş Hərəkatının fəalı Amid Süleymanov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən sərbəst buraxılıb. Bu barədə abzas.net-ə gənc fəalın özü məlumat verib.
Amid Süleymanovun dediyinə görə, səhər 8-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə gedib və orada onunla "profilaktik" söhbət ediblər.
"Daha sonra Binəqədi Rayon Polis İdarəsi apardılar, bir neçə saat sonra orada saxlayandan sonra təkrar 5-ci bölməyə gətirib sərbəst buraxdılar" deyə gənc fəal bildirib.
Xatırladaq ki, mayın 25-də NİDA VH üzvü Amid Süleymanova 10 sutka inzibati həbs cəzası verilmişdi. Dünən isə 5-ci polis bölməsindən zəng edib bölməyə çağırmışdılar.