10 Oktyabr 2016
Mətni dəyiş
Keçən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.
Qeyd edək ki, ötən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.
Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq 2 yerə ayrılıb.
Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir.
Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.