Müsavat partiyası Qiyas İbrahimovun həbsini pisləyən bəyanat yayıb

Müsavat partiyası Qiyas İbrahimovun həbsini pisləyən bəyanat yayıb
1 Noyabr 2016
Mətni dəyiş
Müsavat partiyası gənc fəal Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında məhkəmə hökmü ilə bağlı bəyanat yayıb.
“Müsavat partiyası Qiyas İbrahimov barəsində qanunsuz narkotik dövriyyəsi ittihamlarını uydurma hesab edir. Onun cinayət təqibinin səbəbi Heydər Əliyevin abidəsində şüar yazmalarıdır”, - bəyanatda deyilir.
Müsavat partiyası Q. İbrahimova ağır cəza verilməsini hakimiyyətin gənc fəallara repressiv siyasətinin davamı kimi qiymətləndirir.
Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediblər.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçmişdi. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.
Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində Qiyas İbrahimova 10 il həbs cəzası verilib. O son sözündə deyib ki, məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun