Bu gün Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası 18 Oktyabrla bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə Milli Şuradan məlumat verilib. Təşkilatlar bu Müstəqillik Günü münasibəti ilə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi, 20 Yanvar və Qarabağ şəhidlərini ziyarət edib, onları anıblar.
Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.