Mersedes-Benz elektriklə işləyən modelini təqdim edib
3 Oktyabr 2016
Mətni dəyiş
Mersedes-Benz şirkəti "Paris-2016" Avtomobil sərgisinə elektriklə işləyən yeni konseptual krossoveri gətirib.
Avtomobil, öz seqmentində Audi e-tron Quattro, Jaguar E-Pace və Tesla Model-X-ə rəqib olaraq hazırlanıb.
Avtomobilin gövdəsi gümüşü rəngdədir, qapı tutacaqlarından məhrumdur və arxa görünüş güzgüləri görüntünü xüsusi monitorlara ötürən kameralarla əvəz olunub.