7 Oktyabr 2016
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakim seçkisi Komitəsi Lətif Hüseynovu Azərbaycanı AİHM-də təmsil edəcək yeni hakim vəzifəsinə namizəd kimi tövsiyə edib.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat xidmətindən məlumat verilib.
AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər Komitənin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib. Azərbaycan tərəfi əvvəlcədən bu vəzifəyə üç nəfərin - Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürüb. AİHM-in hakim seçkisi Komitəsi daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.
Qeyd edək ki, AİHM-ə hakim seçiminin AŞPA-nın oktyabrın 10-14-də keçiriləcək plenar sessiyası çərçivəsində baş tutacağı gözlənilir.