"Kredit götürənlərə qarşı tələblər daha da sərtləşəcək"

"Kredit götürənlərə qarşı tələblər daha da sərtləşəcək"
6 Oktyabr 2016
Mətni dəyiş
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kreditləşmə prosesinin təhlükəsizliyin antırmaq üçün bankların risklərinin idarə olunması ilə bağlı tələbləri sərtləşdirmək niyyətindədir.
Bu barədə Bakıda keçirilən mikromaliyyə konfransında MBNP-nin Stratej Xidmətdər Departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov bildirib.
Onnu sözlərinə görə, ölkənin bank sistemində yaranmış vəziyyətin səbəblərindən biri bir neçə il əvvəl yaranmış izafi likvidlik və onun mənfi nəticələridir:
"Yaranmış vəziyyətdə izafi likvidlik fonunda bəzi iştirakçılar anderraytinq standartlarını izafi dərəcədə aşağı salmışdılar, bu da kredit portfelinin keyfiyyətinə mənfi təsir edib. O cümlədən xarici iqtisadi şoklar da yaranmış vəziyyətin səbəblərinəndir".
R.Tahirov bildirib ki, bəzi iştirakçılar məzənnə risklərini dollarla gəlirləri olmyan müştərilərə ötürürdülər və bu da sonradan suallar və çətinliklər yaratdı.
Palata nümayəndəsinin sözlərinə görə, MBNP yaranandan sonra onun fəaliyyətinin əsas istiqamətlərindən biri sağlam kreditləşmənin təmin edilməsi oldu. R.Tahirov bildirib ki, xarici ölkələrdə sağlam kreditləşmə məsələsi bir neçə indikatorla tənzimlənir:
"Bura kreditin təminata nisbəti əmsalı, borcun gəlirə nisbəti əmsalı, tələbin tənzimlənməsi və sairdir. Bundan başqa, ehtiyatlanma və risk dərəcələrinin korreksiyası da tətbiq olunan alətlər sırasındadır. Bunlar əsasında Palata sağlam kreditləşməni əsas göütürüb".
İndiyədək bu sahədə görülən tədbirlər barədə məlumat verən R.Tahirov bildirib ki, kredit risklərinin azaldılması üçün daşınmaz əmlakın alınması üçün xarici valyutada kreditlərin verilməsi dayandırılıb, eləcə də dollarla depoziti və gəliri olmayanlar da kredit verilmir:
"Bazar iştirakçıları bu tədbirləri müsbət qarşılayıblar və bu tədbirlər borcların təhlükəsiz səviyyədə saxlanmasına imkan verəcək".
MBNP nümaynədəsi bildirib ki, palata öz tənzimləmə fəaliyyətini da davam etdirir. Bu fəaliyyət təkmilləşdirilir və bazardakı vəziyyətə uyğunlaşdırılıb. Bununla bağlı tədbirlər planı hazırlanıb və bu planda requlyativ çərçivəyə və normativ qaydalara dəyişikliklər edilməsi nəzərdə tutulur.
Dəyişikliklər əsas olaraq risklərin idarə olunmasına yönələcək. Belə ki, R.Tahirovun sözlərinə görə, indiyədək risq idarəetmə proosesinin qərarm verməyə təsiri mexanizmi yetərli deyildi. İndi isə bu sahədə dəyişiklik olacaq.
Belə ki, kredit rikslərinin tənzimlənməsi qaydaları tətbiq olunacaq. Bu qaydalar kredit risklərinin tənzimlənməsi, identifikasiyası və ölçülməsi üzrə yeni çərçivəni müəyyən edəcək. Özü də bu təkcə istehlak kerditlərinə deyil, digər kreditlərə, o cümlədən biznes məqsədilə götürülən kreditlərə də aid olacaq:
"Belə ki, biznes kreditlərinin verilməsi zamanı gəlir mənbələrinin təhlili, mümkün şoklara qarşı müştərinin maliyyə mənbələrinin dayanıqlığı, "bufer" prinsipinin tətbiqi da əsas məsələlərdəndir və bizim yeni qaydalarda əksini tapacaq", - deyə palata nümaynədəsi kreditlərlə bağlı gözlənilən dəyişiklikləri detallaşdırıb.
R.Tahirov bildirib ki, ümumilikdə bu çərçivə "Bazel-2" və "Bazel-3" standartlarına uyğunlaşdırılacaq və bu da banklara daha balanslaşdırılmış və uzunmüddətli müddətə fokuslanmış hədəflər qurmağa imkan verəcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun