"Kempinski"ni "Pullman" əvəz edəcək

"Kempinski"ni "Pullman" əvəz edəcək
5 Oktyabr 2016
Mətni dəyiş
Bakıda yerləşən "Badamdar Hotel"i "Pullman" brendi idarə edəcək.
Sentyabrın 5-də "Gilan Hollding" və "Accor Group" otellər şəbəkəsi bununla bağlı razılaşma imzalayıblar.
Razılaşmanı göstərən sənəd "Gilan Hospitality Group"un direktoru Elgün Məmmədov və "Accor Hotels" şəbəkəsinin MDB üzrə rəhbəri Alexis Delaroff tərəfindən imzalanıb.
"Accor Hotels" təmsilçisi Azərbaycanda otelçilik bazarına girmələrindən məmnunluğunu deyib. O, dünyanın 100-dən artıq nöqtəsində fəaliyyət göstərən "Pullman"ın idarəçiliyini ələ aldıqları otelə xidmət, satış, marketinq üzrə bir çox yeniliklər gətirəcəyini bildirib.
Qeyd edək ki, Badamdardakı otel 2011-ci ildən fəaliyyət göstərir.
Avqustun 1-dək sözügedən hotelin idarəçiliyi "Kempinski" brendinin nəzarətində idi. "Kempinski Hotel Badamdar" Bakıda "Kempinski" beynəlxalq şəbəkəsinin ilk resort oteli sayılırdı.
"Kempinski" avqustun 1-dən Bakıda fəaliyyətini dayandırdığını açıqlamış, qarşılıqlı razılaşma əsasında idarəçilikdən çəkildiyini bildirmişdi.
O zamandan bəri otel fəaliyyətini "Badamdar Hotel Baku" adı altında davam etdirirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun