İlqar Məmmədov Azər Qasımlıya kart-blanş verdi

İlqar Məmmədov Azər Qasımlıya kart-blanş verdi Foto: sosial media
3 Oktyabr 2016
Mətni dəyiş
Respublikaçı Alternativ Hərəkatının (ReAl) sədri İlqar Məmmədov həbsxanadan hərəkatın partiyaya çevrilməsi ilə bağlı məlumat yayıb. Mətn İlqar Məmmədovun şəxsi bloqunda yerləşdirilib. 
Məlumatda İlqar Məmmədov hərəkatın partiyalaşma prosesinin daha da sürətlənməli olduğunu vurğulayıb:
"Həbsxanadan bəzi məsələlərə baxanda məlumat azlığı səbəbilə onlara tam düzgün qiymət vermək olmur. Məsələn, Respublikaçı Alternativi bəlkə də daha sürətlə partiyaya çevirmək gərək idi. Doğrudur, bu məsələdə idarə heyəti Azər Qasımlıya səlahiyyətlər verib. Ancaq əslində ona əməlli kart-blanş verilməli və iş sürətləndirilməlidir. Bu baxımdan Azər Qasımlıya öz tərəfimdən kart-blanş verirəm.
Onun partiya quruculuğu planı ilə tanışam və bəyənirəm. Bundan sonra  hesab edin ki, partiyalaşma mövzusunda danışanda mən danışıram, iş görəndə mən iş görürəm. İnanıram ki, bu səlahiyyətdən Azər Qasımlı həmişəki kimi yüksək məsuliyyəti və peşəkarlığı ilə istifadə edəcək".
[caption id="attachment_6119" align="alignnone" width="1082"]Azər Qasımlı Azər Qasımlı[/caption]
Xatıladaq ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi etiraz aksiyası ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, xuliqanlıq ittihamları ilə həbs edilib.
Azərbaycan hakimiyyətinin ən sərt tənqidçilərindən biri kimi tanınır. 2014-cü ilin martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun