"Gazprom"dan "Türk axını" açıqlaması

"Gazprom"dan "Türk axını" açıqlaması
11 Oktyabr 2016
Mətni dəyiş
"Gazprom" sədri Aleksey Miller Türkiyə ilə Rusiya arasında "Türk axını" təbii qaz boru xətti layihəsi üçün əldə edilən razılaşmanın layihə üçün hüquqi əsas yaratdığını açıqlayıb.
"Gazprom" tərəfindən verilən açıqlamada, Türkiyə Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak ilə Rusiya enerji naziri Aleksandr Novak tərəfindən imzalanan müqavilə ilə bağlı Millerin fikirlərinə yer verilib.
Miller, Rusiyadan Türkiyəyə Qara dənizin altında iki xəttin və Türkiyə sərhədindən qonşu ölkələrə quru tranzit xəttinin inşasını nəzərdə tutan razılaşmanın əhəmiyyətinə toxunaraq, "İmzalanan son dərəcə əhəmiyyətli bu sənədlə Türk axınının qanuni dayağı yaradılmış oldu. Bu hökumətlərarası razılaşmanın belə qısa müddətdə hazırlanmış olması hər iki tərəfin də layihənin sürətlə həyata küçməsi üçün nə qədər çalışdığını göstərir. Türk axını boru xətti həm Türkiyəyə, həm də Cənubi və Cənub-Şərqi Avropaya istiqamətli qaz nəqlinin təhlükəsizliyini artıracaq", - deyə qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun