1 Oktyabr 2016
Mətni dəyiş
2017-ci ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,8 faiz təşkil edəcək. Bu, cari illə müqayisədə 0,1 faiz-bənd çoxdur.
Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə gələn il elm xərclərinə 125,3 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2015-ci ilin icrası ilə müqayisədə 12,1 milyon manat və ya 10,7 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.
2017-ci ildə elm xərclərində latın qrafikalı kitabların çap edilməsi üçün 1,4 milyon manat, müasir laboratoriya avadanlığın alınması üçün 1,9 milyon manat, maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün bir milyon manat vəsait nəzərdə tutulub.