7 Oktyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Apelyasiya Məhkəməsi N!DA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın şikayətini rədd edib.
Gəncin ev dustaqlığına buraxılması istənilirdi.
Ötən ay rayon məhkəməsin ev dustaqlığına buraxılmaqla bağlı müraciəti təmin etməmişdi.
Apellyasiya instansiyası həmin qərarı haqlı hesab edib.
Bu barədə onun vəkili Fariz Namazlı məlumat verib.
Xatırladaq ki, E. Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.
E. Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.
N!DA Vətəndaş Hərəkatı E. Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.