"Çalışacam ki, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim"

"Çalışacam ki, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim"
5 Oktyabr 2016
Mətni dəyiş
"İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm. Çalışacam ki, bu etimadı doğruldum".
Bu sözləri "Qarabağ" komandasının yeni transferi Emil Balayev deyib.
Ağdam klubu ilə 1 illik müqavilə imzalayan gənc qapıçı bildirib:
"Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komanda ilə məşq etmək mənə çox şey öyrətdi. Çalışacam, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun