Cahangir Hacıyevin evini polislər mühasirəyə alıb

Cahangir Hacıyevin evini polislər mühasirəyə alıb
16 Oktyabr 2016
Mətni dəyiş
Dünən məhkəməsi keçirilən və 15 il müddətinə azadlıqdan məhrum edilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin evini polislər mühasirəyə alıb.
Bu barədə Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva məlumat verib.
Onun sözlərinə görə, polislər onun və qardaşının Mərdəkandakı bağ evini mühasirəyə alıblar: "3-4 polis maşını içi dolu polislə evimizin ətrafında dayanıb. Niyə durublar, heç kim başa düşmür. Heç nə də demirlər".
Əminə Hacıyeva həmçinin bildirib ki, qardaşı Cahangir Hacıyevin həbsi qanunsuzdur:
"Təqsiri olmayan adama 15 il vermək olar? Əvvəl 45 milyon dedilər. Bir dənə rəqəm demirlər. Bu gün də dedilər 60 milyon borcu var, 7 milyon da "Aqrokredit" QSC-yə ödəməlidir. Bizlə alqı-satqı ediblər, səhmlərimizi alıblar. Bəs o borcdan kim danışacaq?"
DİN-in ictimaiyyətlə əlaqlər şöbəsi məsələyə münasibət bildirmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun