Beynəlxalq Sığorta Şirkəti fəaliyyətinə xitam verə bilər

Beynəlxalq Sığorta Şirkəti fəaliyyətinə xitam verə bilər
4 Oktyabr 2016
Mətni dəyiş
Oktyabrın 12-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.
Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur.
Xatırladaq ki, BSŞ bu ilin əvvəlindən başlayaraq Gəncə, Sumqayıt və Şəkidəki filiallarını bağlamışdır. Bir qədər əvvəl isə Şirkət "Xətai" metro stansiyasının yaxınlığında yerləşən İddialar Departamentini baş ofisinə köçürmüşdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun