4 Oktyabr 2016
Mətni dəyiş
"Bank sektorundan vergi daxilolmaları azalıb".
Bu sözləri Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Nazir müavini bildirib ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə bank sektorundan vergi daxilolmalarında 110 mln. manat azalma var.
Bağlanan bankların digər öhdəlikləri kimi vergi öhdəliklərinin olduğunun deyən İ. Vəliyev qeyd edib ki, qanunvericiliyə uyğun olaraq maliyyə təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür.