''Azəristiliktəchizat''ın ''Azəriqaz''a 8.4 mln manat borcu yaranıb

''Azəristiliktəchizat''ın ''Azəriqaz''a 8.4 mln manat borcu yaranıb
11 Oktyabr 2016
Mətni dəyiş
2016-cı ilin 9 ayı ərzində "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.
Bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.
Qurum rəsmisi bildirib ki, "Azəristiliktəchizat" ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir.
Debitor borcun artmasının qış mövsümündə qazanxanalara təbii qazın verilişinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran İ. Kərbəlayev deyib ki, debitor borcu olmayan qazanxanalara təbii qaz veriləcək:
"Bizdə olan məlumata görə, respublika üzrə "Azəristiliktəchizat" ASC-nin 510 aktiv qazanxanası mövcuddur. Payız-qış mövsümü başlayan zaman ilk növbədə debitor borcu olmayan qazanxanalara təbii qazın verilişi həyata keçiriləcək. Biz bu məsələ ilə bağlı dəfələrlə "Azəristiliktəchizat" ASC-yə yazılı müraciət etmişik. Lakin bir ortaq məxrəcə gəlmək mümkün olmur".
O əlavə edib ki, İB payız-qış mövsümündə əhalinin fasiləsiz şəkildə təbii qazla təmin olunması üçün bütün zəruri tədbirləri görüb:
"Payız-qış mövsümü ilə əlaqədar respublika üzrə 7 211 km qaz xətti quraşdırılıb, 321 km qaz xətti əsaslı təmir olunub. Qəza hadisələri istisna olmaqla əhali hətta qarlı-şaxtalı günlərdə də təbii qazla fasiləsiz, tələbata uyğun şəkildə qazla təmin olunacaq. Bu məsələ qurum rəhbərliyinin birbaşa nəzarətinə götürülüb".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun