Azərbaycanda dövriyyədə olan nəğd pul kütləsi azalır

Azərbaycanda dövriyyədə olan nəğd pul kütləsi azalır
5 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycanda dövriyyədə olan nəğd pul kütləsinin həcmi sentyabrın 1-nə 6 326,1 mln. manat təşkil edib. Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumatda deyilir ki, nəğd pul kütləsinin həcmi ardıcıl olaraq 6 aylıq artımdan sonra ilk dəfə azalma göstərib. Belə ki, keçən ayla müqayisədə azalma 116,3 mln. manat və ya 1,8% təşkil edib. İlin əvvəli ilə müqayisədə nəğd pulun həcmi 909,3 mln. manat və ya 16,79%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 207,6 mln. manat və ya 3,39% artıb.
Qeyd edək ki, dövriyyədə olan nəğd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) qeydə alınıb. Sentyabrın 1-nə açıqlanan göstərici tarixi maksimal həddən 4 818,3 mln. manat və ya 43,23% aşağıdır.
"Report" agentliyinin analitik qrupu dövriyyədə olan nəğd pul həcminin yavaş tempdə azalmağa davam edəcəyini proqnozlaşdırır. Buna səbəb AMB-nin hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nəğd pulun bir hissəsini bazardan absorbasiya etmək niyyətidir. Bununla yanaşı qiymətli kağızlar bazarında istiqraz satışı da dövriyyədə olan nəğd pul kütləsibnin azalmasına təsir edəcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun