AXCP funksionerinin məhkəməsi oldu

AXCP funksionerinin məhkəməsi oldu
31 Oktyabr 2016
Mətni dəyiş
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusiflinin şikayəti əsasında məhkəmə keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Nizami rayon məhkəməsin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Cinayət Məcəlləsinə yeni dəyişikliklərdən sonra Asif Yusifli Nizami rayon Məhkəməsinə müraciət edərək cəzasının azaldılmasını istəyib. Nizami rayon Məhkəməsi onun barəsində olan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsini 178.2-ə tövsif etsə də, cəzasını dəyişdirmədən saxlamışdı. Bu qərardan apellyasiya şikayəti verilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun