Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərar qəbul edib

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərar qəbul edib
27 Oktyabr 2016
Mətni dəyiş
Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı daha bir seçki şikayəti üzrə qərarını elan edib.
Bu barədə məlumatı vəkil Əsabəli Mustafayev yayıb. Bildirib ki, qərara görə ərizəçi Aydın Şükürovun azad seçki hüququnun pozuntusu faktı tanınıb:
“Ərizəçinin nümayəndəsi hörmətli İntiqam Əliyevdir. Mənəvi zərərə görə kompensasiyanın məbləği 10 000, hüquqi yardıma görə 1000 avrodur”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun