AŞPA ölkələrin ərazi bütövlüyünü dəstəkləyib

AŞPA ölkələrin ərazi bütövlüyünü dəstəkləyib
11 Oktyabr 2016
Mətni dəyiş
Oktyabrın 10-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası açılıb.
Sessiyanın açılışında çıxış edən AŞPA prezidenti Pedro Aqramunt təşkilata üzv olan ölkələrdə münaqişələr mövzusuna toxunub.
Onun sözlərinə görə, Avropa Şurasının prinsipləri heç bir halda şübhə altına qoyula bilməz.
“Ölkələrin ərazi bütövlüyünə riayət olunması çox vacibdir. Belə ki, sərhədlər birtərəfli olaraq və ya güclə dəyişdirilə bilməz”, Aqramunt deyib.
AŞPA prezidenti keçmiş SSRİ məkanındakı münaqişələrə xüsusi vurğu edib.
“Ukraynadakı münaqişə və Krımın ilhaqı, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişələr qəbul olunmazdır”, - deyə o bildirib.
Sessiya oktyabrın 14-dək davam edəcək.
Payız sessiyasında Türkiyədəki vəziyyət, Ukrayna münaqişəsi nəzərdən keçirilir.
Habelə, surroqatlıqla bağlı uşaq hüquqları, maliyyə və sosial ədalətin təminatı məsələləri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa dair müzakirələr aparılmalıdır.
Payız sessiyasında həmçinin, 2016-cı il üzrə “Vatslav Havel” insan haqları mükafatının qalibinin adı açıqlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun