27 Oktyabr 2016
Mətni dəyiş
"Amnesty International" NİDA vətəndaş hərəkatının üzvü Qiyas İbrahimovun təcili azad edilməsinə çağırış edib.
"Sabiq prezidentin heykəli üzərinə qraffiti çəkdikdən" sonra həbs edilmiş 22 yaşlı fəala 10 il həbs verilməsi "ifadə azadlığının şokedici təhqiridir", qrupun bəyanatında deyilir.
Qrupun Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib ki, Qiyas İbrahimova kəsilən hökm "ədalətə tam istehza"dır.
Oktyabrın 25-də NİDA vətəndaş hərəkatının üzvü Qiyas İbrahimov narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
NİDA hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.
Qrup həmçinin Qiyas İbrahimovun həbs edildikdən sonra işgəncə gördüyünü qeyd edib.
İbrahimov məhkəmədə son sözündə narkotik ittihamlarını qəbul etmədiyini bildirib.