31 Oktyabr 2016
Mətni dəyiş
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət verib. Bu barədə Abzas.net-ə Akif Çovdarovun vəkili Kamandar Nəsibov bildirib.
Vəkil qeyd edib ki, şənbə və bazar günü Akif Çovdarov ürək ağrılarından ciddi əziyyət çəkib: “Təcili yardım çağırılsa da gəlməyib. Axırda şəxsi hesabı nəticəsində işçilərin biri aptekdən sakitləşdirici dərman alıb". Vəkil bildirib ki, bununla bağlı biz və Akif Çovdarov təcridxananın rəhbərliyinin yanına olublar: "Şikayətimizi dedik. Bildirdik ki, təcridxana rəhbərliyi olmayan günləri Çovdarovun müayinəsinə önəm verilmir".
Kamandar Nəsibov qeyd edib ki, Tibb Baş İdarəsindən və təcridxananın müalicə mərkəzindən Baş Prokurorluğa şikayət veriblər. Şikayətdə həmin müəssisələrin Akif Çovdarova lazimi tibbi yardımı göstərmədiyi qeyd edilib.