ABŞ-dan neftin qiymətləri barədə açıqlama

ABŞ-dan neftin qiymətləri barədə açıqlama
2 Oktyabr 2016
Mətni dəyiş
"Bank of America" OPEC-in hasilatı azaltmaq barədə qərarının neft qiymətlərinə təsir edə biləcəyini açıqlayıb.
"Bank of America" Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaq barədə qərarının neft qiymətlərinə təsir edə biləcəyi, lakin qiymətin 70 dolları ötməyəcəyi qənaətindədir.
Bankdan verilən açıqlamada OPEC-in gündəlik istehsalını 700 min barrel azaltmaq barədə qərarının neftin qiymətində bahalaşmaya səbəb olacağı bildirilir. "Lakin OPEC-in hasilatı azaltması 2017-ci ilin ortalarına qədər "Brent" markalı neftin qiymətinin 70 dollar/barreli üstələməsinə səbəb olmayacaq", — deyə bankın məlumatında bildirilir.
"Bank of America" 2017-ci il üçün neftin orta qiyməti üzrə proqnozunun 61 dollar/barrel olduğunu açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun