"Əsrin müqaviləsi" üzrə proqnoz kəsrlə icra olunub

"Əsrin müqaviləsi" üzrə proqnoz kəsrlə icra olunub
5 Oktyabr 2016
Mətni dəyiş
2016-cı ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 926 mln. 185 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,2% əməl edilib, büdcə daxilolmaları 3,3% azalıb.
Vergilər Nazirliyindən verilən məlumata görə, Dövlət Neft Şirkəti büdcə qarşısındakı vergi öhdəliklərinə 100,6% əməl etsə də, Hasilatın Pay Bölgüsü üzrə (PSA mənfəət) proqnoz tapşırığı kəsrlə, yəni 82% icra olunub.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 mlrd. 843 mln. 651,9 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,7% əməl edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 mln. 967,9 min manat və ya 10,5% çoxdur.
Hesabat dövründə respublika üzrə 89 101 vergi ödəyicisi qeydiyyata alınıb. 1 oktyabr 2016-cı il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 739 297 olub ki, bu da 2015-ci ilin 1 oktyabr tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,2% çoxdur.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 89,7% təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun