İ.Əliyev: "Tikintiyə sərmayənin azalmağı iqtisadi tənəzzülə səbəb olub"

İ.Əliyev: "Tikintiyə sərmayənin azalmağı iqtisadi tənəzzülə səbəb olub"
8 Oktyabr 2016
Mətni dəyiş
Neft qiymətləri düşür, dövlət investisiyaları azalır, inşaata yatırımlar azalıb ki, bu da iqtisadi tənəzzülə səbəb olub. Bu etirafı İlham Əliyev cümə günü Nazirlər Kabinetinin iclasında səsləndirib.
Amma sənaye inkişaf edir, 0,2% də olsa, artır. Qeyri-neft sektorunun inkişafı təxminən 3,6%, kənd təsərrüfatının inkişafı 2,4% təşkil edib, deyə o, sözünə davam edib.
29 məktəb tikilib, 485 məktəb təmir olunub. 33 tibb müəssisəsi tikilib, yollar, su kəmərləri, infrastruktur layihələri tikilir, 121 min iş yeri açılıb.
9 ayda 36 min iş yeri bağlanıb. Böhran ilində bu, çox yaxşı göstəricidir, deyə Əliyev qeyd edib.
Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir və Azərbaycan çox mühüm nəqliyyat dəhlizinə çevrilir, deyə Əliyev bildirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun