COP29-a hazırlaşan Azərbaycanda kanalizasiya suları hələ də Xəzərə axıdılır

5 Avqust 2024
Mətni dəyiş

Azərbaycanın ikinci ən böyük şəhəri Sumqayıtda yayın cırhacırında sərinlənmək üçün dənizə gələn əhali suya girməkdə tərəddüd edir. Səbəb isə dənizə axıdılan tullantı və kanalizasiya sularıdır.

Azərbaycan bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməyə hazırlaşır. Ekologiya ilə bağlı nüfuzlu beynəlxalq tədbir keçirməyə hazırlaşan ölkənin əhalisinin təxminən yarısının yaşadığı Abşeron yarımadasının bir hissəsində hələ də mərkəzləşmiş kanalizasiya qurğuları quraşdırılmayıb. Bu da sahil yolağında həm insanların sağlamlığını, həm də Xəzərdə ekoloji durumu risk altında qoyur.

Ötən müddət ərzində tullantı sularınına axıdılması xidmətinin həm qiyməti qaldırılıb, həm də dövlət büdcəsindən bu xidmətin yaxşılaşdırılması məqsədilə dotasiyalar ayrılıb. 2021-ci ildən etibarən 1 kub metr tullantı suyunun axıdılması xidmətinin qiyməti 30 qəpiyə qaldırılıb. “Azərsu”nun 2022-ci ilə dair maliyyə hesabatında qeyd olunur ki, qurumun kanalizasiya xidmətinin satışından əldə etdiyi gəlir 76 milyon 117 min manat olub. Büdcədən dotasiya almasına baxmayaraq, qurum ilin sonuna fəaliyyətini zərərlə başa vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun