Ruben Vardanyan saxlanılıb və Bakıya gətirilib

Ruben Vardanyan saxlanılıb və Bakıya gətirilib Foto: Dövlət Sərhəd Xidməti
27 Sentyabr 2023
Mətni dəyiş

Ruben Vardanyanın həyat yoldaşı: "Ərimin sağ-salamat azadlığa çıxması üçün dua edirəm və dəstəyinizi diləyirəm"

Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-leqal hökumətin keçmiş dövlət naziri Ruben Vardanyan “Laçın” dövlət sərhədində buraxılış məntəqəsindən keçərkən saxlanılıb. Bu barədə məlumatı Dövlət Sərhəd Xidməti yayıb.

“1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, Bakıya gətirilib, barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”, – deyə məlumatda qeyd olunub.

Ruben Vardanyanın həyat yoldaşı, Rusiya vətəndaşı olan Veronika Zonabend də həyat yoldaşının saxlanılması haqda xəbəri “X” sosial şəbəkəsində yaydığı postda təsdiqləyib.

“Mənim ərim xeyriyyəçi, iş adamı və “Artsax”ın (red: Qarabağın) keçmiş dövlət naziri Ruben Vardanyan bu gün səhər saatlarında minlərlə erməni ilə birlikdə getməyə cəhd edərkən Azərbaycan hakimiyyəti tərəfindən sərhəddə həbs edilib. Ruben 10 aylıq blokadada “Artsax” xalqının yanında olub və yaşamaq uğrunda mübarizədə onlarla birlikdə əziyyət çəkib. Ərimin sağ-salamat azadlığa çıxması üçün dua edirəm və dəstəyinizi diləyirəm”, – deyə o, paylaşımda qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun