Müharibə veteranı əlilliyini ala bilmədiyinə görə intihara cəhd edib

Müharibə veteranı əlilliyini ala bilmədiyinə görə intihara cəhd edib Foto: sosial media
25 İyul 2023
Mətni dəyiş

Qazinin atası: “Sosial problemlərə görə ailəsi də dağıldı”

İyulun 23-ü İkinci Qarabağ Müharibəsinin iştirakçısı, qazi Amin Babayev intihara cəhd edib.

Abzas Media-ya bu barədə onun atası Akif Babayev məlumat verib.

Akif Babayev bildirib ki, oğlu əlillik dərəcəsi ala bilmədiyi üçün intihara cəhd edib: “Müharibədə dizindən yaralanmışdı. Əməliyyat edib, diz qapağına protez qoydular. O da bundan sonra əlillik dərəcəsi almaq üçün müraciət elədi, amma 1 ildir əlillik dərəcəsi vermirlər. İki gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rədd cavabı verdi, o da əsəbləşib elə etdi. Hadisədən sonra bircə kənd icra nümayəndəsi gəldi, marqlanan olmadı. Elə bil belə bir uşaq həyatda olmayıb”.

 Akif Babayev bildirib ki, oğlunun ailəsi də sosial problemlərə görə dağılıb: “Bunun pulu yoxdur, sosial problemlərə görə ailəsi də dağıldı. 2 azyaşlı qızı da var.  Həftədə 1 dəfə görür uşaqlarını. Mən özüm də şəkər xəstəsiyəm, problemlərdən boğaza yığılmışıq. Yoldaşımla mən sosial yardım alırıq, evə gələn 220 manatdır, onunla da dolanmaq olmur. 2 ailə 220 manatın ümidinə qalıb. Əməliyyatdan sonra oğlumun heç dərmanlarına da pul vermirlər” – deyə o, bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərsək də, suallarımızı cavablandırmayıblar.

2020-ci noyabrında bitən İkinci Qarabağ Müharibəsindən sonra 50-dən çox müharibə iştirakçısı intihar edib və ya intihara cəhd göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun