Jurnalist federasiyaları hökuməti yeni qanunun icrasını dayandırmağa çağırır

Jurnalist federasiyaları hökuməti yeni qanunun icrasını dayandırmağa çağırır Avropa Jurnalistlər Federasiyasının rəhbəri Ricardo Guiterrez və Beynəlxalq Jurnalistlər Federasiyasının rəhbəri Anthony Bellanger (sağda)
22 İyul 2023
Mətni dəyiş

“Biz hakimiyyəti KİV və jurnalistlərin qeydiyyatı prosesini dayandırmağa çağırırıq”

Avropa Jurnalistlər Federasiyası və Beynəlxalq Jurnalistlər Federasiyasının sədrləri Azərbaycanda bir qrup müstəqil jurnalistlə görüşüb. Görüşün nəticəsində onlar Azərbaycan hökumətinə media mühitini yaxşılaşdırmaq üçün bir sıra çağırışlar ediblər: 

“ - Biz hakimiyyəti yeni “Media haqqında” qanununun icrasını və KİV və jurnalistlərin qeydiyyatı prosesini dayandırmağa çağırırıq.

- Biz həbsdə olan jurnalistləri və bloggerləri azad etməyə çağırırıq.

- Söyüdlüdə bir daha gördüyümüz kimi, hakimiyyəti jurnalistlərə qarşı zorakılığa son qoymağa çağırırıq.

- Və biz Azərbaycanı jurnalistlərin, o cümlədən Rusiya sülhməramlılarının nəzarəti altında olan “neytral” zona da daxil olmaqla, tam sərbəst hərəkət etmə azadlığını tətbiq etməyə və ya danışıqlar aparmağa çağırırıq” - açıqlamada bildirilir". 

Federasiya sədrləri əlavə edib ki, onlar Azərbaycan və Ermənistanda jurnalist təşkilatlarının hər iki ölkədə etik jurnalistikanın təşviqi ilə bağlı istənilən təşəbbüsünü dəstəkləyir. 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun