AZAL və “Buta Airways” birləşir, sərnişinlərə yeni qiymət təklif ediləcək

AZAL və “Buta Airways” birləşir, sərnişinlərə yeni qiymət təklif ediləcək
28 İyul 2023
Mətni dəyiş

İqtisadçı: “İndi çox ehtimal kiçik məsafələr daha ucuz olacaq, uzaq məsafələr daha baha”

“Azərbaycan Hava Yolları”“Buta Airways” AZAL brendi altında birləşəcək.

Bu barədə məlumatı AZAL yayıb.

Bildirilib ki, artıq 2023-cü ilin oktyabrından hər iki şirkəti eyni brend altında işləyəcək.

AZAL qərarı sərfəli qiymətə keyfiyyətli xidmət göstərmək istəmələrilə əlaqələndirsə də, bunun düsturlarını göstərməyib.

Bildirilib ki, il ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək: “AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə (“Buta Budget” istisna olmaqla) əl yükü daxil ediləcək və baqajın daşınması norması artırılacaq. Sərnişinlərə yenilənmiş menyu təqdim ediləcək” – açıqlamada bildirilib.

İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, aviaşirkətdə iki ayrı sistemin qurulması qeyri-effektiv olduğu üçün AZAL brendlərini birləşdirir:

“Biri “Low-cost” olub, yəni daha ucuz qiymətlərə fəaliyyət göstərib, AZAL-ın özü isə baha. Bu iki şirkəti birləşdirmək, bölüşdürmək şirkətin daxili qərarıdır. İndi çox ehtimal ki, kiçik məsafələr daha ucuz olacaq, uzaq məsafələr daha baha”– deyə o, əlavə edib.

AZAL 1992-ci ildə təsis edilib. Şirkətin hazırki prezidenti Cahangir Əsgərov 2008-ci ildən etibarən bu postdadır.

“Dünya Hava Yolları Mükafatları” (Skytrax World Airline Awards) təşkilatının 2022-ci ildə açıqladığı indeksdə, AZAL ən yaxşı 100 hava yolları şirkəti arasında 52-ci olub.

www.airlineratings.com saytının açıqladığı ən yaxşı hava yolları indeksinə isə AZAL daxil ola bilməyib. Reytinqə ancaq 7 ulduz alan 150 hava yolları şirkəti daxil olub. AZAL isə 7 ulduz ala bilmədiyindən bu reytinqə düşə bilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun