Gürcüstanda "Xarici agentlər" haqqında qanuna qarşı etiraz aksiyaları keçirilib

8 Mart 2023
Mətni dəyiş

Gürcüstanda "Xarici agentlər" haqqında qanuna qarşı etiraz aksiyaları keçirilib.

Etirazlar zamanı 66 nəfər saxlanılıb. Rəsmi məlumata görə, DİN-in 50-yə yaxın əməkdaşı xəsarət alıb.

Martın 7-də Gürcüstan parlamenti "Xarici agentlər" haqqında qanunu ilk oxunuşda dəstəkləyib. Sənəddə KİV və xaricdən maliyyə alan ictimai təşkilatlara "xarici təsir agenti" statusunun verilməsi təklif edilir. Gürcüstan prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edib. Aksiyaların davam etdiriləcəyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun