Az əvvəl inzibati həbsdən çıxan ictimai fəalın yenidən saxlanıldığı bildirilir

Az əvvəl inzibati həbsdən çıxan ictimai fəalın yenidən saxlanıldığı bildirilir
13 Dekabr 2023
Mətni dəyiş

Hüquq müdafiəçisi: Onun harada olduğu bilinmir

İctimai fəal Möhyəddin Orucovun saxlanıldığı bildirilir. "Abzas Media"ya bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat verib.

Səfərov bildirib ki, ictimai fəal iş yerindən polisə aparılıb:

“Möhyəddin Orucov bundan əvvəl tənqidlərinə görə inzibati qaydada həbs olunmuşdu. Həbsdən çıxandan sonra başına gətirilənlərlə bağlı açıqlama vermişdi. İndi buna görə təqib olunur. Hazırda onun harada saxlanıldığı bəlli deyil, axtarırıq. Bu dəfəki qurama ittiham daha ağır ola bilər”, - hüquq müdafiəçisi bildirib.

Daxili İşlər Nazirliyi (DİN) Möhyəddin Orucovun saxlanılması ilə bağlı rəsmi açıqlama verməyib.

Möhyəddin Orucov oktyabrın 18-də İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə 30 sutka inzibati həbs cəzası almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun