Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın növbəti rəqibləri müəyyənləşib

Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın növbəti rəqibləri müəyyənləşib
13 Avqust 2021
Mətni dəyiş

"Neftçi" və "Qarabağ" komandalarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Bu, III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.

Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin "Makkabi" (Hayfa) komandasını üstələməyi bacarmalıdır. "Makkabi" evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı "Torshavn"a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb.

"Qarabağ" isə Şotlandiya "Aberdin"i ilə üz-üzə gələcək. "Aberdin" İslandiyada 3:2 hesabı ilə yendiyi "Breydablik"ə öz meydanında da qalib gəlib - 2:1.

"Qarabağ" və "Neftçi" ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun