KİV: Namik Ələskərov bu gün "Bursaspor"la müqavilə bağlayacaq

KİV: Namik Ələskərov bu gün "Bursaspor"la müqavilə bağlayacaq
13 Avqust 2021
Mətni dəyiş

"Neftçi"nin futbolçusu Namik Ələskərovun "Bursaspor"a keçidi bu gün rəsmiləşə bilər.

Bu gün Bursaya yollanacaq 26 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq.

Yunanıstan "Olimpiakos"una qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda (0:1) zədələnən Azərbaycan millisinin üzvünün matçlara bir müddət maska ilə çıxacağı bildirilib. Bunun üçün İstanbuldan xüsusi maska sifariş olunub.

Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun