“Barselona”da maddi tənəzzül: Futbolçuları qeydiyyatdan keçirməyə pul tapılmır

“Barselona”da maddi tənəzzül: Futbolçuları qeydiyyatdan keçirməyə pul tapılmır
17 Avqust 2021
Mətni dəyiş
“Barselona”nın prezidenti Joan Laporta “Mançester Siti”dən Kataloniya təmsilçisinə keçən Serxio Aqueronu La Liqada qeydiyyatdan keçirmək üçün digər oyunçuların maaşların azaldılmasına razılıq verməsinə ehtiyac duyduqlarını bəyan edib.  Bu barədə “TalkSport” nəşri məlumat yayıb. “Barselona”nın prezidenti komandanın əsas müdafiəçisi Jerar Pikenin artıq sözügedən addımı atdığını bəyan edib. “Pikeyə bizə kömək məqsədi ilə maaşının azaldılmasına razılıq verdiyi üçün təşəkkür edirəm. Onun qərarı oyunçularımızı qeydiyyatdan keçirməyə kömək etdi. Ümid edirəm ki, digər oyunçular da Pike kimi davranacaqlar”, - deyə “Barsa” prezidenti bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun